YAP gəncləri Tovuzda bir araya gəldi FOTOLAR

YAP gəncləri Tovuzda bir araya gəldi FOTOLAR

Bu gün YAP Tovuz rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransdan əvvəl nümayəndələr Umummilli Lidermiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.

Bundan sonra tədbir iştirakçıları Gənclər Birliyinin konfranslar arası dövrdəki fəaliyyətini əks etdirən video-çarxa tamaşa ediblər. Konfransda 300 nəfər nümayəndə iştirak edib. Konfransı YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov açıb. Sonra GB-nin sədri İlqar Kərimov hesabat məruzəsi ilə çıxış edib və məruzə ətrafında çıxışlar olub.

Konfransın qətnaməsi qəbul olunduqdan sonra təşkilati məsələlərə baxılmış, GB-nin şurasının30 nəfər, idarə heyətinə 9 nəfərdən ibarət yeni tərkibi təsdiq olunub.

Konfransda Nihad Məmmədtağı oğlu Pənahov YAP Tovuz rayon təşkilatı GB-nin sədri, Cavid Vasil oğlu Qəhrəmanov və Kamran İqbal oğlu İbrahimov sədr müavinləri seçiliblər.Eyni zamanda YAP Gənclər Təşkilatının növbəti konfransına rayondan 4 nəfər nümayəndə seçilib.

Tədbirdə "Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyev, Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini ,YAP rayon təskilati şurasının üzvü Mahir Həsənov çıxış edərək seçilənləri təbrik edib və qarşıda duran vəzifələrdən danışıblar

Sonda Konfrans iştirakçıları adınan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət ünvanlanıb. Konfransın işində YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov da İştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə