"Əgər Razi Nurullayevin iddiaları doğrudursa, o zaman bu haqda ciddi-ciddi düşünməyə dəyər". Bunu SİA-ya Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev AXCP sədrinin eks müavini Razi Nurullayevin ABŞ və Böyük Britaniya səfirliklərinin onu dinləməsi haqda söylədiklərinə münasibət bildirərkən söyləyib.
Onun sözlərinə görə, qeyd olunan nüans, separat formada bir insanın dinlənilməsi, onun fundamental hüquq və azadlıqlarının pozulması heç bir halda qəbul edilə bilməz: "Eyni zamanda hesab edirəm ki, adları çəkilən hər iki səfirlik səthi deyil, təfsilatlı formada məsələyə aydınlıq gətirməlidirlər. Səfirlik əməkdaşının digər şəxsi pusması, onun haqqında kompromat toplaması Beynəlxalq Hüququn prinsiplərindən tutmuş Diplomatik Protokolun normalarına qədər hər şeyə ziddir. Ayrıca, səfirlərin fəaliyyəti, onların təmsilçiliyi haqda ümumi təlimat var. Hansı ki bütün dünya dövlətləri tərəfindən qəbul olunub. Bu təlimatın, eyni zamanda diplomatik üsul-qaydanın pozulması isə dövlətlər arasında çox ciddi münasibət böhranına yol aça bilər".
"Hesab etmirəm ki, Razi Nurullayev bu bəyanatı durduq yerdə, yəni təsadüfən verib. Demək ki, əlində kifayət qədər səhih məlumatlar var və bu məlumatlar bütün mümkün vasitələrlə araşdırılmalıdır" – deyə, partiya sədri fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB