İstanbul məhkəməsi Fətullah Gülənin həbsi üçün təkrar order verdi

İstanbul məhkəməsi Fətullah Gülənin həbsi üçün təkrar order verdi

İstanbul məhkəməsi ABŞ-da yaşayan və islamçı "Hizmət" təşkilatına liderlik edən Fətullah Gülənin həbs olunması üçün yenidən order verib. SİA xəbər verir ki, bu barədə Türkiyənin "Haber Türk" saytı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Fətullah Gülənlə yanaşı, onun qatı tərəfdarlarından biri olan media mənsubu Əmrə Uslunun da həbsi üçün sanksiya verilib. O, dövlət adamlarının telefonlarının qanunsuz olaraq dinlənilməsində ittiham olunur.

Ümumilikdə isə bu iş üzrə onlarla adam ittiham edilməkdədir. Onlardan 27 nəfəri isə hazırda həbsdədir. Qeyd olunur ki, həmin şəxslər prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhmət Davudoğlu da daxil olmaqla, 100-ə qədər dövlət adamlarının telefon danışıqlarını dinləyiblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə