Prezident Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

Prezident Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub və bu əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsinin önəmi qeyd edilib.

Söhbət zamanı əməkdaşlığımızın iqtisadi, enerji, nəqliyyat, insan hüquqları, demokratiya və digər sahələrdə vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə