Əli Həsənov Prezidentin köməkçisi təyin edildi

Əli Həsənov Prezidentin köməkçisi təyin edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Əli Məhəmmədəli oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilsin".

Bütün xəbərlər Facebook səhifəmizdə