"Əli Kərimlinin məni müavinlik postundan uzaqlaşdırması özünün şəxsi maraqlarına xidmət edən, qanunsuz bir qərar oldu. Buna təəssüflə yanaşıram". Bu fikirləri SİA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq sədr müavini Razi Nurullayev Əli Kərimlinin onu müavinlik postundan uzaqlaşdırmasına münasibətini bildirərkən deyib.
AXCP təmsilçisi bildirib ki, söymək, danlamaq, tənqiddən başqa bir fikir səsləndirməmək, bütün proqramını siyasi tənqid üzərində qurmaq, xalqın gördüklərini hər gün qulağına pıçıldamaq heç bir nəticə vermir: "İnsanlar artıq o cür yazıları və çıxışları oxumurlar. Təkrarçılıq insanları bir növ yorub. Bütün bunlara baxmayaraq, hər zaman təkliflərlə dolu məqalələrim oxucu kütləsinin çoxluğu ilə seçilib. Xarici mətbuatda da bir sıra məqalələrimi dərc etdirmişəm ki, bunların heç birini "Azadlıq" qəzeti dərc etməyib. Halbuki, Əli Kərimli hansısa mətbu orqanda dərc edilən məqaləyə aid yazılan şərhi hadisə kimi həmin an xalqa təqdim edirdi. Amma öz müavinlərinə və digər cəbhəçilərə qarşı münasibəti həddindən artıq pis idi".
Razi Nurullayev hazırda da Əli Kərimlinin bu kimi fəaliyyətinin AXCP-də narazılıq yaratdığını vurğulayıb: "Cəbhəçilərin böyük bir qismi Əli Kərimlinin yalnız öz maraqlarından çıxış etməsini pisləyir və bu haldan olduqca narahatdır. Bu, yolverilməzdir. AXCP- də avtoritar idarəçiliyin olması danılmazdır".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB