Tiqran Urixanyan: “Məgər Ermənistanda daha aclıq və səfalət yoxdur?”

Tiqran Urixanyan: “Məgər Ermənistanda daha aclıq və səfalət yoxdur?”

""Çiçəklənən Ermənistan" partiyasının növbədənkənar seçkilər keçirməsi tələbi qüvvəsində qalır". SİA xəbər verir ki, bu barədə partiyanın mətbuat katibi Tiqran Urixanyan "Azadlıq" radiosunun İrəvan bürosuna verdiyi açıqlamasında deyib. Urixanyan təmsil olunduğu partiyasının lideri Qagik Sarukyandan sitat gətirərək deyib ki, şər hakimiyyəti ilə sona qədər mübarizə aparmaq niyyətindədirlər.

Müxalifət partiyasının sözçüsü sual edərək soruşub: "Məgər Ermənistanda mühacirət tempi yavaşıyıbmı? Məgər Ermənistanda daha aclıq və səfalət yoxdurmu? Məgər ölkədə iqtisadi artım mövcuddur və işsizliyə son qoyulub? Xeyr!"

Xatırladaq ki, Ermənistanda daxili vəziyyətin daha da pisləşməsi prezident Serj Sarkisyanın fevralın 12-də nazirləri ilə keçirdiyi müşavirədəki çıxışından və "Çiçkələnən Ermənistan" partiyasının lideri Qagik Sarukyanın ona kəskin cavabından sonra baş qaldırıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə