Sərdar Cəlaloğlu: “Bu, Əli Kərimlinin ateist olduğunun göstəricisidir” MÜNASİBƏT
""İŞİD"-in bugünkü fəaliyyəti islam tarixində olub. Vaxtilə Həsən Sabahın başçılıq etdiyi həşhaşılar hərakatı olub ki, Qərbdə onu qatillər təriqəti adlandırırdılar". Bu fikirləri SİA-ya ADP sədri Sərdar Cəlaloğlu AXCP-yə yönəlik bu təşkilatın terror təşkilatına bənzəməsi iddiasına münasibətni bildirərkən deyib.
ADP sədri fikirlərini tarixi olaylarla uzlaşdıraraq deyib ki, onlar (həşhaşlar tayfası) "İŞID" kimi həm İslam dünyasına, həm də xristian dünyasına uzun müddət qan uddurublar: "Hətta Avropa kralları Həsən Sabaha Ələmud qalasında xərac verirdilər. Yalnız onun bu istilasından sonra dəstə məhv edildi, İslam dünyası rahat nəfəs aldı. Həşhaşilərin illər öncəsi apardığı işlərlə, bugünkü "İŞID"-ın apardığı işləri müqayisə etsək onlar arasındakı oxşarlığın şahidi olarıq. Terorrdan, qətldən istifadə etməklə kütləvi xof yaratmaq, insanları təhlükə altında saxlamaqla sərvət toplamaq cəhdləri olub".
Sərdar Cəlaloğlu bildirib ki, indiki məqamda AXCP-nin belə bir nümunəsi yoxdur: "Əgər partiya tarixində AXCP-nin "İŞID" kimi təşkilatlarla iş birliyi olsaydı müasir dövrdə bu təkrarlana bilərdi. Ən yaxşı halda Kommunist Partiyası istiqamətində inkişaf edə bilər. Bunun da iki yolu var. Bir dəfə də olsun Əli Kərimlinin dilindən nə Allah, nə də ki, din sözü eşidilməyib. Çıxışlarında heç zaman əxlaqi-tərbiyə, dini məsələlərə toxunmayıb. Bu da Əli Kərimlinin Allahsız, ateist olduğunun göstəricisidir ki, komunistliyə uyğun gəlir. Məndən güclü heç kim deyil, mən tək müxalifətəm deyimi isə daha çox bolşevik təfəkkürünə yaraşır. Siyasi divident qazanmaq üçün bu cür əməllərə əl atır. Bu iki təfəkkürün vəhdətindən AXCP Komunist partiyası dərəcəsinə qədər gəlib çıxa bilər. Vaxtilə komsomolçu olan Əli Kərimli ideoloji bazasını təkrarlaya bilər, "İŞID" ola bilməz".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB