Hafiz Hacıyev: “Mayaları şəxsiyyətsizliklə yoğrulub” AÇIQLAMA

"Ümumilikdə hər iki şəxs - Xədicə İsmayıl və Leyla Yunus Vətənə xəyanət edən insanlardır". Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev "Milli Şura"nı Xədicə İsmayıl və Leyla Yunusla bağlayan məqamlara fikir bildirərkən deyib.

MMP sədrinin sözlərinə görə, satqınlar və korrupsiyonerlərin hərəsi bir tərəfə toplaşıb: "Bu mənada hesab edirəm ki, "Milli Şura"nı Xədicə İsmayıl və Leyla Yunusla birləşdirən anlam onların sadəcə olaraq satqınlıqları ilə bağlıdır. Heç kimə sirr deyil ki, onlar etdikləri satqınlıq müqabilində də maliyyə əldə edirlər. Bir sözlə, onların əlindən avaraçılıqdan başqa heç bir şey gəlmir. Bu şəxslər mənəviyyatı itirilmiş insanlardır. Ümumilikdə "Milli Şura"da toplaşanların 99 faizi satqın və özünü idarə edə bilməyən adamlardır. Görəsən Xədicə İsmayıl və Leyla Yunus həbs olunmasa idi, Cəmil Həsənli və digərləri hansı insan hüquqlarından danışacaqdı və nəyi müzakirə edəcəkdi. Bu mənada onların hamısının mayası satqınlıq, şəxsiyyətsizliklə yoğrulub".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...