Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın Humanitar məsələlər və İnkişaf üzrə Beynəlxalq Universitetinin rektoru Esen Aydoqdyevi qəbul edib. XİN-dən SİA-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasında mövcud siyasi-iqtisadi əlaqələrin ruhuna uyğun olaraq, ADA Universiteti ilə Türkmənistanın Humanitar məsələlər və İnkişaf üzrə Beynəlxalq Universiteti arasında əməkdaşlığın inkişafı üçün əlverişli inkanların olduğu qeyd olunub.
Görüş əsnasında ADA Universiteti ilə Türkmənistanın Humanitar məsələlər və İnkişaf üzrə Beynəlxalq Universiteti arasında tələbə və müəllim heyətinin mübadiləsi, tədris proqramlarının uyğunlaşdırılması və əməkdaşlığın müqavilə-hüquq bazasının inkişaf etdirilməsi ətrafında müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB