"Ümummiyyətlə yenidən qurultayın keçirilməsi və İsa Qəmbərin başqanlığa gətirilməsi məsələsi qeyri-mümkündür və heç bir reallığa söykənmir". Bunu SİA-ya "Azərbaycan Demokratiya və Rifah" (ADR) Hərəkatının təşkilat komitəsinin üzvü Səxavət Əlisoy deyib.
Səxavət Əlisoyun sözlərinə görə, bu işə rəvac verənlər çox səhv fikirləşirlər: "İndi feodalizm dövrü deyil. Bütün insanların şüurunda dəyişikliklər var. Sadəcə olaraq mən bu söhbəti ortaya atanların ağlına şübhə ilə yanaşıram. Bəziləri Müsavatdakı mövcudluqlarında yararlanmaq istəyirlər və bu kimi söhbətləri ortaya atıblar. Ümumiyyətlə belə bir hadisənin baş verməsi heç ehtimal olunmur. Müsavatı ələ keçirən Arif Hacılı "qardaş qırğınına" gedər, amma o başqanlığı əldən verməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB