"Qondarma Dağlıq Qarabağ rejimi 1991-ci ildən mövcuddur və həmin dövrdən etibarən qondarma şəkildə prezident, parlament seçkiləri keçirirlər. Bu qondarma fəaliyyətin qarşısını almaq çox çətindi, çünki sözüdegən qondarma rejim Ermənistanın himayəsi altındadır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, qondarma seçkilərin keçirilməsi kimi qanundan kənar addımların qarşısını beynəlxalq təşkilatlar ala bilər. Çünki bu hüquq yalnız onlara məxsusdur: "Ancaq çox təəssüflər olsun ki, indiki şəraitdə beynəlxalq təşkilatlar da qondarma rejimin bu cür "fəaliyyətləri"nə müəyyən yollarla dəstək olurlar. Hətta dərindən araşdırma aparılsa məlum olar ki, bir sıra beynəlxalq təşkilatlar separatçı rejimin parlament seçkilərini keçirməsi üçün onlara maliyyə dəstəyi də verirlər. Təbii ki, bu cür addımlar qanuna zidd hərəkətlərdir. Ancaq bu cür təxribatçı hərəkətlərə görə onlara sanksiyalar tətbiq olunmur. Bu da bir daha beynəlxalq qurumların məsələyə ikili standartlardan yanaşdığını sübut edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB