Aydın Quliyev: “Belə rəylər reallığa uyğun gəlmir” AÇIQLAMA

Aydın Quliyev: “Belə rəylər reallığa uyğun gəlmir” AÇIQLAMA

"Son bir neçə ay ərzində rast gəlirik ki, Azərbaycanda media ilə bağlı ABŞ-da aparılan müzakirələrdə bu cür nəticələr və qənaətlər ortaya qoyulur". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev ABŞ Nümayəndələr Palatasında Azərbaycanla bağlı keçirilən dinləmələrdə ölkəmizdə söz və mətbuat azadlığı, eləcə də insan hüquqları məsələsi ilə bağlı qeyd olunan qanun pozuntularına münasibət bildirərkən deyib.

Baş redaktorun sözlərinə görə, ABŞ-ın yeni səfirinin Azərbaycana gəlişi ilə Amerikadakı müəyyən institutlar, xidmət orqanları mediamızla bağlı daha obyektiv qənaətə gələcəklər. Gözləyirəm ki, yaxın vaxtlarda yeni səfirin Azərbaycandan ABŞ-a verəcəyi informasiyalar əsasında Amerikada mediamızın bugünkü durumu ilə bağlı obyektiv təsəvvür və rəy formalaşacaq. Əlbəttə, belə rəylər reallığa uyğun gəlmir və həmin rəylər ənənəvi olaraq Azərbaycandan gedən o yalnış informasiyaların təsiri altında formalaşıb. Yəqin ki, Amerikada yaxın vaxtlarda fərqinə varılacaq ki, son bir neçə ildə ölkədə ABŞ-la bağlı aparılan siyasət onların təsəvvürlərindən çox fərqli nəticələr ortaya qoyub".

Bütün xəbərlər Facebook səhifəmizdə