"Qubad İbadoğlunun yaratdığı sağlam və özüllərə dayanan hərəkat haqqında hər bir azərbaycanlı fikir söyləyə bilər. Bəziləri bunu dəstəkləyə, bəziləri isə əleyhinə söz demək hüququna malikdir. Bunu tamamilə normal qarşılayırıq".
Bu fikirləri SİA-ya Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) təşkilat komitəsinin üzvü Səxavət Əlisoy sabiq spiker Rəsul Quliyevin Müsavat rəhbərliyini sərt şəkildə tənqid etməsinə və Qubad İbadoğlunun mövqeyini dəstəkləməsinə münasibətini bildirərkən deyib.
"Rəsul Quliyev Azərbaycanda gedən siyasi prosesləri izlədiyindən, xəbərdar olduğundan bu proseslərə zaman-zaman münasibətini bildirir"-deyə qeyd edən ADR təmsilçisi hesab edir ki, eks-spikerin son fikirləri Müsavat Partiyasınının rəhbərliyinə, xüsusilə də Arif Hacılıya qarşı olan ittihamlarıdır: "O, hər zaman Arif Hacılının zehniyyətinə ironiya ilə yanaşıb. Burada anormal heç nə görmürəm".
Səxavət Əlisoy daha bir xatırlatma edib və bildirib ki, vaxtilə İsa Qəmbər prezidentliyə namizədliyini irəli sürərkən, Arif Hacılı və tərəfdarları onun ətəyində namaz qılmağa hazır idilər: "2003-cü ildə İsa Qəmbərin prezidentliyə namizədliyi dövründə bu insanlar Rəsul Quliyevi göylərə qaldırmışdılar. Az qala onun şəxsiyyətinə sitayiş edirdilər. İndi çıxıb Rəsul Quliyev haqqında danışan Arif Hacılılar, Mustafa Hacıbəylilər yəqin yaddaşlarını itiriblər. Dünən baş verən hadisələri bu gün qəbul etmirlər. Bu da saxta seçkinin eyforiyasından ayılmamaqdan irəli gəlir. Arif Hacılıya qarşı kimsə irad bildirsə, dərhal o insanı topa tutacaqlar, özlərindən izolyasiya edəcəklər".
Xatırladaq ki, Rəsul Quliyev Arif Hacılıya yönəlik ittihamında onun İsa Qəmbərin əcaib kölgəsi olduğunu bildirib. Müsavat Məclisinin üzvü, Arif Hacılının qardaşı Mustafa Hacıbəyli isə qarşı tərəfi sərsəm və ağıldan kəm adlandırıb.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB