Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Əkrəm Zeynallı Vaduts şəhərinə işgüzar səfəri çərçivəsində Lixtenşteyn Knyazlığının Parlamentinin sədri Albert Frik ilə görüşüb. Azərbaycan Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun salamlarını çatdıran səfir onun tərəfindən lixtenşteynli həmkarına ünvanlanmış rəsmi səfərə dair dəvət məktubunu A.Frikə təqdim edib.
Səfir Ə.Zeynallı Azərbaycanın Lixtenşteynlə əlaqələrə əhəmiyyət verdiyini qeyd edərək, Lixtenşteyn parlamentinin sədrinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyindən əminliyini ifadə edib.
Lixtenşteyn Knyazlığının da Azərbaycan ilə əlaqələrini genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdıran A.Frik dəvətə görə təşəkkür etmiş və dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini bildirib.
Görüş zamanı Azərbaycan və Lixtenşteyn arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə, o cümlədən regionda baş verən son proseslərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB