Hikmət Babaoğlu: “Müxalifət sifarişləri yerinə yetirməklə məşğuldur” AÇIQLAMA
"Azərbaycan siyasi sisteminə daxil olan müxalifət partiyalarının müstəqil olanları və xaricdən ideoloji, maddi dəstək almayan təmsilçiləri bu gün ölkədaxili dialoqa hazır olduqlarını nümayiş etdirdilər". Bunu SİA-ya Yeni Azərbaycan qəzetinin baş redaktoru Hikmət Babaoğlu bu gün keçirilən iqtidar-müxalifət dialoquna AXCP və Müsavat partiyalarının qatılmamasına münasibət bildirərkən deyib.
Baş redaktorun sözlərinə görə, ancaq xaricdən aldıqları direktivlərlə işləyən və bütün təşkilati fəaliyyətlərinin maddi tərəfini qrantlar hesabına təmin edən radikal müxalifət isə bu prosesdə iştirak etmədi: "Bütün bunlar onu göstərir ki, həmin partiyaların və yaxud qruplaşmaların ölkə daxilində heç bir nüfuzu yoxdur. Onlar sadəcə olaraq xaricdən aldıqları sifarişləri yerinə yetirməklə məşğuldurlar. Məhz buna görə də AXCP və Müsavat partiyaları bu gün ölkəmizdə keçirilən iqtidar-müxalifət dialoqunda iştirak etmədilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB