"Ümumiyyətlə, fikir mübadiləsi etmək həmişə vacibdir". Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev iqtidar-müxalifət dialoqunun keçirilməsinin əhəmiyyətindən danışarkən deyib.
Deputatın sözlərinə görə, bu fikir mübadiləsi zamanı həqiqət ortaya qoyulur: "Eləcə də cəmiyyətdə baş verən bütün proseslərin mənzərəsi ortaya çıxır. İqtidar-müxalifət dialoqu keçirildikdən sonra bu, həm qəzetlərdə, həm də informasiya vasitələrində, sosial şəbəkələrdə yayılacaq. Belə olan təqdirdə cəmiyyət həmin məlumatları oxuyub iqtidarın və müxalifətin nə düşündüyün özü ayırd edəcək . Hesab edirəm ki, burada başlıca məsələ bundan ibarətdir. Beləcə, mən iqtidar-müxalifət dialoqunun əhəmiyyətini yüksək qiymətləndirirəm".
Müxalifətin bu dialoqdan hansısa uğur nəticə əldə edəcəyinə gəlincə deyə bilərəm ki, YAP-ın və onun rəhbərinin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün elə nailiyyətlərə imza atıb ki, bunun fonunda müxalifət çox cılız görünür: "Müxalifət cəbhəsindəki hər hansı bir uğurdan, nəticədən ümumiyyətlə danışmağa belə dəyməz. Bunu heç 10-15 il sonra da gözləmək olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB