İqtidar-müxalifət dialoqunun formatı açıqlandı

İqtidar-müxalifət dialoqunun formatı açıqlandı

"Azərbaycanda iqtidar-müxalifət dialoqunun keçirilməsini yüksək dəyərləndirirəm". Bunu SİA-ya Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Onun sözlərin görə, bu dialoq problemlərin ölkə içində həll olunmasına şərait yaradır: "Azərbaycan müxalifətinin bir sıra problemləri var ki, onlar yalnız iqtidarın köməyi ilə həll oluna bilər. Ötən görüşdə partiyaların qərargahla təmin olunması, maliyyələşməsi, seçkilərdə iştirakı kimi bir sıra məsələlər müzakirə olunub. Hesab edirəm ki, bu kimi problemlər qarşılıqlı anlaşma ilə həll oluna bilər. Bu dialoqu çox müsbət qiymətləndirirəm. Düşünürəm ki, iqtidar və müxalifət nümayəndələrinin növbəti görüşü uğurlu olacaq".

T. Kərimli onu da bildirib ki, Vəhdət Partiyası iqtidar-müxalifət dialoqun növbəti görüşün də iştirak etməyəcək: "Vəhdət Partiyası iqtidar-müxalifət dialoqun ilk görüşündə iştirak edib. Ancaq növbəti görüşdə iştirak etməyəcəyik. Bu dəfə iqtidar-müxalifət dialoqunun formatı bir qədər dəyişib. Ona görə də iqtidar nümayəndəsi sırf müxalifət partiya rəhbərləri ilə görüşəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə