"Hansı müxalifət partiyası bizə sübut edib ki, o yalnız müxalifətə xidmət edir və biz də bunun müqabilində onları öz sıralarımıza qataq?!" Bu fikirləri SİA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov müxalifət partiyalarının Milli Şura tərəfindən qəbul edilməməsinə münasibət bildirərkən deyib.
AXCP rəsmisi bildirib ki, onların radikallıqdan kənar siyasi təşkilatlarla münasibətləri yoxdur: "Bizim yollarımız çoxdan ayrılıb. Bu partiyalar yalnız bu il keçiriləcək parlament seçkilərində müxalifət adından iştirak etmək və parlamentdə kürsüyə sahib olmaq istəyənlərdir. Bu baxımdan da, Milli Şurada onların təmsil olunmasını labüd hesab etmirik".
Yaradılan Azadlıq 2015 blokunun yaradılmasına da münasibət bildirən AXCP rəsmisi qeyd edib ki, onların müxalifət kimi hakimiyyətə qarşı hansısa addımları atmasının şahidi olmayıblar: "Kimsə onları müxalifət kimi görürsə o öz işləridir. Amma mən şəxsən bu insanları müxalif düşüncəli hesab etmirəm. "Azadlıq-2015" bloku özü bir papkadır. Orada KXCP-ni və digərlərini kiminsə göstərişi ilə parçalayanlar burada təmsil olunurlar".
Həsən Kərimov AXCP-nin gerçək müxalifət partiyası olduğunu bildirib: "Azərbaycanda bu gün bir müxalifət var. O da AXCP və onun təmsil olunduğu Milli Şura. Mən bunu dəfələrlə bəyan etmişəm. Milli Şuradan kənarda müxalifət yoxdur".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB