Qarnik İsaqulyan: “Ermənistanın mövcudluğu sual altında qalacaq”

"Günahkarları Rusiyada, yaxud Qərbdə axtarmaq lazım deyil. Çünki ölkədə baş verənlərin günahları bizim üzərimizdədir". SİA "artmtodey"ə istinadən xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında "Milli təhlükəsizlik" partiyasının sədri Qarnik İsaqulyan bildirib. Lakin bütün bunlara rəğmən, İsaqulyan Ermənistanın Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatına AİƏT üzv olmasının əsas baiskarı kimi Qərbi günahlandırıb. Onun sözlərinə görə, məhz Qərbin "rusofobiyası" nəticəsində Ermənistan dilemma qarşısında qalaraq, nəticədə AİƏT-ə üzv oldu.

Lakin partiya sədri sonda əsas günahkarın Ermənistan hakimiyyəti olduğunu deyib. O, bldirib ki, ölkədə qeyri-müstəqil siyasət yürüdən Ermənistan hakimiyyəti milli maraqları deyil, şəxsi və tayfa maraqlarını güdür. İsaqulyanın fikrincə, hakim Respublikaçılar partiysı hər şeyə hazırdır ki, uzurpasiya (hakimiyyətin ömrünü uzatmaq-red.) amili davam etsin. "Əgər bu tendensiya davam edərsə, Ermənistanın mövcudluğu sual altında qalacaq"-deyə qeyd edən partiya sədri həmçinin bildirib ki, o "Çiçəklənən Ermənistan" partiyasınnı lideri, oliqarx Qagik Tsarukyanın başlatdığı hərəkatı dəstəkləyir. O, bunu belə əsaslandırıb ki, Tsarukyan kifayət qədər yaxşı və zəngin həyat yaşayır, bu səbəbdən də onun hər hansı bir siyasi hərəkat yaratmasına ehtiyac da yox idi: "Lakin o, buna getdi. Çünki yaxşı bilir ki, çoxluğun pis şəraitdə yaşaması yaxşı yaşamağa imkan vermir".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə