Bu gün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə akademiyanın Muzey-Sərgi Kompleksində "Vətənin müdafiəsinə hazıram!" mövusunda sərgi təşkil olunub. SİA-nın məlumatına görə, SHXÇDX-nin "Vətənin müdafiəsinə hazıram!" adlı rəsm müsabiqəsinin yekunu ilə əlaqədar keçirilən bu sərgidə yaşı 18-dək olan şəxslərin vətənpərvərlik ruhunu tərənnüm edən 400-dək rəsm əsəri nümayiş etdirilib.
Səegini giriş sözü ilə açan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov bu müsabiqənin gənc nəslin milli-dövlətçilik ruhunda tərbiyə edilməsində böyük əhəmiyyət daşıdığını vurğulayıb və qalib gəlmiş iştirakçıları təbrik edib.
SHXÇDX rəisinin I müavini polkovnik Zaur Abdullayev çıxış edərək bildirib ki, müsabiqəyə respublikanın demək olar ki, bütün rayon və şəhərlərindən iştirakçılar qatılıb, onların içərisindən ən layiqliləri seçilərək mükafatlandırılıb. Zaud Abdullayev müsabiqənin Xidmət tərəfindən keçirilən hərbi-vətənpərvərlik tədbirlərindən biri olduğunu vurğualyıb və bu işlərin daha intensiv xarakter aldığını bildirib.
Sonra müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib və iştirakçılar diplomlarla təltif ediliblər.
Qeyd edək ki, sərgi 14 fevral 2015-ci il tarixinədək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB