Politoloq: “Yeni münaqişə ocaqları yarana bilər”

Politoloq: “Yeni münaqişə ocaqları yarana bilər”

"Bütövlükdə dünyanın xüsusilə də iri dövlətlərin münaqişələrə ikili standartlardan yanaşması bu günə qədər bir çox yeni münaqişə ocaqlarının yaranmasına səbəb olub". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, hazırda Rusiya ilə Ukrayna arasında gedən silahlı toqquşma bu gün üçün ümumi münaqişə ocaqlarını ən qaynar nöqtələrindən biridir: "Mən düşünürəm ki, bundan sonra da münaqişələrə ikili standartlardan yanaşılacaqsa, beynəlxalq hüququn prinsipləri əsas götürülməyəcəksə yeni münaqişə ocaqlarının yaranmasl real görünür. Əgər iri dövlətlər və beynəlxalq təşkilatlar ayrı-ayrı münaqişələrə cürətli və ədalətli yanaşmasalar, şübhəsiz ki, yeni-yeni presidentlər ortaya çıxacaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə