Uorlikdən Dağlıq Qarabağla bağlı mesaj

Uorlikdən Dağlıq Qarabağla bağlı mesaj

"ABŞ-ın Azərbaycana və Ermənistana yeni təyin olunmuş səfirləri Robert Sekuta və Rik Millsi alqışlayırıq". SİA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində yazıb.

"Mən sizinlə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində işləməyi səbirsizliklə gözləyirəm"- deyə, Urolik qeyd edib.

Qeyd edək ki, ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekuta fevralın 12-də ölkəmizə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə