İlyas İsmayılov: “Ermənilər bu tövsiyəni qəbul etmədilər” AÇIQLAMA
"ATƏT-in Minsk qrupunun tərkibinə hansı dövləti daxil edirlərsə etsinlər, heç nə dəyişməyəcək. Hətta istəyirlərlərsə, Türkiyəni də daxil etsinlər, Pakistanı da! ATƏTin mİnsk qrupu Dağlıq Qarabağ problemini həll edə bilməz. Çünki ATƏT-in fəaliyyəti tövsiyə xarakteri daşıyır".
Bu fikirləri SİA-ya açıqlamasında "Ədalət" Partiyasının sədri, millət vəkili İlyas İsmayılov ATƏT-in Minsk qrupunun tərkibinin dəyişdirilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
İ.İsmayılov onu da qeyd edib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti dövlətlər üçün məcburi deyil, tövsiyə xarakterlidir: "Ermənilər də bu tövsiyəni qəbul etmədilər. Vaxt uzanır. Biz çalışmalıyıq ki, BMT-nin Təhlükəsizlik Şurasının çıxartdığı qərarlar məcburi qaydada yerinə yetirilsin. Biz buna çalışmalyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB