Elçin Mirzəbəyli: "Hazırki situasiya qarşıdurmanın göstəricisidir”
"ABŞ-ın rəsmi Kiyevə silah yardımı göndərməsinə Rusiya tərəfi adekvat addımla cavab verəcək". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli ABŞ dövlət katibi Con Kerrinin ABŞ-ın Ukraynaya silah-sursat göndərəcəyi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, son günlər separatçı qurumlar ağır artilleriyadan istifadə edərək Ukrayna ordusunun mövqelərinə atəş açmağa başlayıblar: "Yaranmış indiki situasiya bilavasitə qərb və Rusiya qarşıdurmasını bilavasitə göstəricisidir. Rusiyanın Ukraynanın ərazi bütövlüyünə təcavüzünə Qərb sərt şəkildə cavab verməkdədir. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerrinin Ukraynaya silah yardımı etmək barədəki bəyanatı da, məhz bu sərtliyin göstəricisidir. Təbii ki, əgər ABŞ Ukraynaya silah-sursat göndərsə, hazırki hərbi vəziyyət daha da şiddətlənər və hətta məsələni müharibə həddinə gətirib çıxara bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB