Hicran Hüseynova: "Biz maarifçilik işini daha da gücləndirməliyik"
"Bu gün yetişməkdə olan gənc nəsillə xüsusi işləmək lazımdır". SİA-nın məlumatına görə, bunu bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Müasir dövrün çağırışları: Ailə institutu və dini dəyərlərin vəhdəti" mövzusunda təşkil olunan tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, burada ilk növbədə maarifləndirmə işi daha da gücləndirilmədir: "Çalışmaq lazımdır ki, onlar zərərli vərdişlərə, sosial dini radikalizmə aludə olmasınlar. İlk növbədə, qızlarımızın, qadınlarımızın maarifləndirilməsinə xüsusi diqqət göstərilməlidir. Reytinq və sensasiya xarakterli materiallar bir çox hallarda mənfi nəticələrə gətirib çıxarır. Biz dinlərə elm və mədəniyyət nümunəsi kimi yanaşmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB