Azərbaycanla Rusiya gömrüyü sahəsində 3 sənəd imzalanıb

Azərbaycanla Rusiya gömrüyü sahəsində 3 sənəd imzalanıb

Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Rusiya Federal Gömrük Xidmətinin rəisi Andrey Belyaninovla görüşüb. SİA-nın məlumatına görə, görüşdə A. Əliyev Azərbaycan Rusiya gömrük sahəsində əməkdaşlığın qədim tarixə malik olduğunu və bu əməkdaşlığın bundan sonra uğurla davam edəcəyini dilə gətirib.

DGK sədri hazırda iki ölkə arasındakı əməkdaşlığın yüksək məcrada inkişaf etdiyini diqqətə çatdırıb.

Rusiya Federal Gömrük Xidmətinin rəisi Andrey Belyaninov isə Azərbaycanda olduğuna görə DGK-nın sədrinə təşəkkürünü bildirib. O, Rusiyanın regional əməkdaşlığa böyük önəm verdiyinə diqqəti çəkərək, qonşu ölkələrlə daha sıx əməkdaşlıq etmək istədiklərini vurğulayıb: "Biz Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsini artırmaq niyyətindəyik. Əsas isə tez xarab olan malların gömrük keçid məntəqələrindən daha asan keçirilməsinə nail olmaqdır".

Görüşün sonunda 2015-2016-cı illər üçün Azərbaycan Dövlət Gömrük Komitəsi və Rusiya Federal Gömrük Xidməti arasında da qarşılıqlı xidmət haqqında, Statistik məlumatlarının informasiya mübadiləsinin texnoloji sxemi barədə və kadrların peşəkar hazırlanması barədə 3 sənəd imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə