Milli Məclisin komissiyaları yenidən təşkil olunub

Milli Məclisin komissiyaları yenidən təşkil olunub

Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında parlamentin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkilinə dair məsələyə baxılıb. SİA-nın məlumatına görə, deputatlar Fəttah Heydərov, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa, Siyavuş Novruzov və Sədaqət Vəliyevadan ibarət İntizam komissiyası təşkil olunub.

Hesablayıcı komissiyaya isə İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc və Mixail Zabelin daxil edilib.

Hər iki məsələ parlamentin iclasında səsə qoyularaq təsdiqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə