Azərbaycan Milli Məclisin deputatı Yevda Abramov fevralın 1-də Amerika Birləşmiş Ştatlarına səfər edəcək. Parlamentdən SİA-ya verilən məlumata görə, deputat Los-Anceles şəhərində yerləşən ən böyük yəhudi məbədlərindən biri olan "Sinay" sinaqoqunda xüsusi dəri üzərində hazırlanmış "Tövrat"ın ("Sefer Tora") təqdimat mərasimində iştirak edəcək.
Tədbirdə Azərbaycan və ABŞ yəhudiləri arasındakı əlaqələr, ölkəmizdə dini tolerantlıq ənənələrinin formalaşması barədə fikir mübadiləsi aparılacaq. Habelə ABŞ-ın yəhudi icması müqəddəs "Sefer Tora" Bakı Dağ Yəhudiləri Dini icmasına bağışlayacaq.
Səfər fevralın 4-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB