Sahib Alıyev: “Hava sərhədini pozan istənilən pilotlu yaxud pilotsuz aparat məhv edilməlidir”
"Azərbaycanın hava məkanına daxil olan Ermənistana məxsus pilotsuz təyyarənin vurulması ilə Azərbaycan ordusu bir daha sübut etdi ki, ermənilərin istənilən təxribatının qarşısını ala bilmək qüdrətindədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Sahib Alıyev bildirb.
Onun sözlərinə görə, istər quruda, istərsə də havada Azərbaycan ordusu ermənilərin hər hansısa təxribat xarakterli addımının qarşısını alır: "Pilotsuz təyyarənin vurulması ilə bir daha təsdiqləndi ki, Azərbaycanın izni olmadan onun hava sərhədini pozan, istənilən bir uçuş aparatı məhv ediləcək. Bu aparatların pilotlu yaxud pilotsuz olmasının elə bir əhəmiyyəti yoxdur. Çünki bu aparat Azərbaycanın hava sərhədinə icazəsiz olaraq daxil olub və Azərbaycan ordusunun da bu aparatı məhv etməyə tam ixtiyarı var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB