Baş Prokurorluqda yeni təyinatlar

Azərbaycanın Baş Prokurorluğunda kadr təyinatları aparılıb. SİA-nın xəbərinə görə, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Nazim Rəcəbov Baş Prokurorluğun Kadrlar İdarəsinin, Erkin Əlixanov isə Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər.

N.Rəcəbov bundan əvvəl Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi, daha əvvəl isə prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, E.Əlixanov isə Baş Prokurorluğun Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Baş Prokurorluğun Kadrlar İdarəsinin keçmiş rəisi Bəhruz Mahmudov və Beynəlxalq Əlaqələr İdarəsinin keçmiş rəisi Ruslan Hacıyev qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar təqaüdə göndəriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə