Azərbaycanlı millət vəkili avropalı parlamentarinin hazırladığı məruzəyə ETİRAZ ETDİ
Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının bu gün keçirilən iclasında "Avropada media azadlığının qorunması" adlı məruzə müzakirə olunub. SİA-nın məlumatına görə, müzakirələrdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun alt komitəsinin sədri Sahibə Qafarova Azərbaycanda bu sahədə mövcud vəziyyət barədə məlumat verib. Media azadlığının hər bir ölkədə demokratiya, siyasi azadlıqlar və qanunun aliliyinin təminatında mühüm amil olduğunu qeyd edən millət vəkilinin sözlərinə görə, Azərbaycanda azad və müstəqil medianın fəlaiyyəti üçün bütün şərtlər var: "Bunun nəticəsidir ki, hal-hazırda 1800-den cox KİV ölkədə qeydiyyatdan keçib. Ölkəmizdə informasiyanın yayılması, əlçatımlığı sahəsində heç bir problem yoxdur. Hökumət qurumlarından rəsmi məlumatların alınmasında heç bir məhdudiyyət yoxdur. Etnik və dini azlıqlar KİV ilə təminatda heç bir məhdudiyyətlə üzləşmirlər. Qəzetlər xaricdən gətirilir və ya etnik azlıqların dillərində dərc olunur. Heç bir qəzet tiraj məsələsində məhdudiyyətlə üzləşmir. KİV üzərində dövlət senzurası ləğv edilmişdir. 2003-cü ilin martında dövlətin müdaxiləsi olmadan jurnalistlər tərəfindən Mətbuat Şurasının təsisi edilməsi fikir və informasiya azadlığının təmin olunmasında vacib addım olmuşdur. Bu qurum qəzetlərin monitorinqini həyata keçirir və jurnalistlərin davranış kodeksinə əməl olunmasını təmin edir".
Məruzədə Azərbaycanla bağlı yer alan fikirlərin həqiqətdən uzaq olduğunu söyləyən Sahibə Qafarova xüsusilə, diqqəti bir neçə Azərbaycan jurnalistinin adının əks olunduğu 147-ci bəndinə yönəldib: "Azərbaycanda hansısa jurnalistin peşə fəaliyyətinə görə həbs olunması haqqında iddialar tamamilə həqiqətdən uzaqdır və ölkəmizə qarşı təxribatdır. Çünki bu gün Azərbaycanda heç bir jurnalist peşə fəaliyyətinə görə həbs olunmayıb. Əgər söhbət konkret kiminsə həbsindən gedirsə, qeyd etməyi vacib hesab edirəm ki, həmin şəxslər Azərbaycan respublikasının vətəndaşları kimi qanun qarşısında məsuliyyət daşıyırlar. Kimsə hər hansı qanun pozuntusuna yol verirsə, o da hüquqi məsuliyyətə cəlb olunmalıdır. Kiminsə jurnalist və başqa bir peşənin sahibi olması onu hüquqi məsuliyyətdən yayındırmır. Bundan başqa, məruzədə dəqiqləşdirilməmiş, yalan məlumatlar yer alır. Sizin məruzədə adları yer alan Əvəz Zeynallı və Sərdar Əlibəyli Prezident İlham Əliyevin ötən ilin dekabrında imzaladığı Əfv Sərəncamı ilə azadlığa buraxılıb. Bu həssas məsələlərdə hamınızdan diqqətli olmağı və dəqiq olmayan məlumatlara etibar etməməyi xahiş edirəm".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB