Ermənistan hökumətinin binası qarşısında davam edən etiraz aksiyası hazırda prezident Serj Sarkisyanın iqamətgahı önündə davam etdirilir. SİA xəbər verir ki, bu barədə "armtoday" saytı yazıb. Belə ki, aksiyaçılar favralın 1-dən qüvvəyə minəcək vergi qanununda edilən dəyişikliklərə qarşı etirazlarını bildirirlər. Qeyd olunur ki, hazırda minlərlə etirazçı prezidentin iqamətgahı qarşısına toplaşaraq, Sarkisyan rejiminə qarşı şüarlar səsləndirməkdədirlər. Onları sayının artdığı və aralarına digər vilayətlərdən də etirazçıların qatıldığı xəbərlər sırasındadır.
Aksiyaçılar hiddətlənərək bildirirlər ki, onların sayı durmadan artacaq və əgər hakimiyyət onların tələblərini yerinə yetirməsə, bu zaman xalq kütləsi iqamətgahın qapılarını açaraq, içəriyə doğru yürüyəcəklər.
Onlar xəbərdarlıq edirlər ki, sona qədər mübarizə aparacaqlar.
Eyni zamanda adıçəkilən sayt xəbər verir ki, prezidentin iqamətgahı qarşısında çoxsaylı polislər müşahidə olunur. Onlar etirazçıların iqamətgaha daha da yaxınlaşmasının qarşısını almağa çalışırlar.
Xatırladaq ki, buna qədər etirazçılar Ermənistan hökumətinin binası qarşısında yığışmışdılar və onlar baş nazir Ovik Abramyanla görüş tələb edirdilər. Lakin baş nazir etirazçıları qəbul etməkdən imtina edib.
Abramyanın nümayəndəsi buna səbəb kimi baş nazirin iş qrafikinin sıx olmasını göstərib və bildirib ki, bu səbəbdən etirazçılarla görüşə bilməyəcək.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB