Millət vəkili: “Quldur hakimiyyətin yarıtmaz siyasəti ölkəni acınacaqlı duruma salıb”
"Bu gün həm mənəvi, həm siyasi, həm də beynəlxalq hüquq müstəvisində iflasa uğramış varlıqların, nisgil bir hakimiyyətin, erməni xalqına rəhbərlik etməyə mənəvi haqqı yoxdur". Bunu SİA-ya millət vəkili Fəzail İbrahimli deyib.
F. İbrahimli deyib: Ermənistanın işğalçılıq siyasəti bu ölkəni dünya ictimaiyyətinin, erməni xalqının nəzərində salıb, ölkəni iqtisadi böhrana sürükləyib. Qarabağ faciəsi üzərində hakimiyyətə gələn işğalçı rejim həm xalqını zəlil günə salıb, həm qonşu dövlətlərlə münasibətləri pozub, ölkəni iqtisadi geriliyə aparıb".
Millət vəkili bildirib ki, arxasında müəyyən qüvvələrin durduğu oyuncaq rejimin artıq xalqla əlaqəsi qırılıb: "Hazırda işğalçı rejimin Ermənistandakı idarəçiliyi əllərindən çıxıb. Ölkədə nümayiş, xalqa-iqtidar arasındakı rabitəsizlik, xalqın hakimiyyəti qəbul etməməsi Ermənistanda vəziyyəti olduqca kəskinləşdirib. Qarabağ faciəsi üzərində iqtidara yiyələnmiş quldur hakimiyyətin yarıtmaz siyasəti ölkəni acınacaqlı duruma salıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB