Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin 29 yanvar 2015-ci il tarixində Aşqabadda keçirilən üçtərəfli görüşü çərçivəsində nazir Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mevlüt Cavuşoğlu ilə görüşüb. Azərbaycan Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirən tərəflər Azərbaycan ilə Türkiyə arasındakı ikitərəfli əlaqələrin dostluq və qardaşlıq xarakteri daşıdığını xüsusi vurğulayıblar.
2015-ci ilin 14-15 yanvar tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyəyə səfəri zamanı müxtəlif səviyyələrdə keçirilmişgörüşləri ikitərəfli münasibətlərin daha da inkişafı baxımından yüksək qiymətləndiriblər.
Görüş zamanı tərəflər Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafıbaxımından əhəmiyyətini vurğulayıblar.
Görüş zamanı həmçinin regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB