Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputat Asim Mollazadə Amerika Birləşmiş Ştatlarında səfərdə olacaqlar. Milli Məclisdən SİA-ya verilən məlumata görə, millət vəkilləri yanvarın 30-da Vaşinqton şəhərində keçiriləcək Atlantik Şuranın konfransında iştirak edəcəklər. Tədbirdə "Avropanın Şərqində transatlantik strategiyaya doğru" mövzusu ətrafında müzakirələr aparılacaq.
Toplantıda deputatlarımız məsələ barədə öz fikirlərini açıqlayacaqlar.
Səfər fevralın 4-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB