"Prezidentin çağırışı dünya siyasətinə təsir edə biləcək bəyanatdır" AÇIQLAMA

"Prezidentin çağırışı dünya siyasətinə təsir edə biləcək bəyanatdır" AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyevin çağırışı dünya siyasətinə ciddi təsir edə biləcək bir bəyanatdır". Bunu SİA-ya millət vəkili, professor, AMEA Dünya Siyasəti İnstitutunun direktoru Musa Qasımlı dövlət başçısı İlham Əliyevin Davosda "Bakı-2015" ilk Avropa Oyunlarının təqdimatında iştirakı zamanı "Olimpiya Oyunları zamanı bütün müharibələr dayandırılmalıdır" fikrinə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, bununla Azərbaycan dövləti bütün mübahisələrin, münaqişələrin, müharibələrin dayandırılmasını və dinc yolla həllini təklif edir: "Bu bəyanat Azərbaycan dövlətinin və xalqının sülhsevər xarakterini göstərir. Eyni zamanda bu, dünya siyasətini müəyyənləşdirən dövlətlərə də bir mesajdır. Ancaq hesab edirəm ki, Ermənistan bu çağırışa məhəl qoymayacaq. Çünki, rəsmi İrəvan beynəlxalq hüquq normalarını pozan təcavüzkar və terroru dövlət səviyyəsində himayə edən bir ölkədir".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Davosda "Bakı-2015" ilk Avropa Oyunlarının təqdimatında iştirakı zamanı bildirmişdi ki, idman yer üzünün insanlarını birləşdirir: "Olimpiya Oyunları zamanı bütün müharibələr dayandırılmalıdır. Bir-biri ilə müharibə şəraitində olan ölkələrin idmançıları yarışlar zamanı ədalətli şəkildə mübarizə aparırlar, əllərini sıxır və qalib gələni təbrik edirlər. Budur idman. Bu, Olimpiya hərəkatını və bütün dünya xalqlarını birləşdirən nadir fürsətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə