Fransa və Azərbaycan mədəniyyət mərkəzləri yaradılacaq

Fransa və Azərbaycan mədəniyyət mərkəzləri yaradılacaq

Fransada yanvarın 22-də Fransa və Azərbaycan mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyətinin şərtləri haqqında hökumətlərarası müqaviləni ratifikasiya edilib. Azərbaycanın Fransadakı səfirliyindən SİA-ya verilən məlumata görə, müqaviləyə əsasən, hər iki dövlətin mədəniyyət mərkəzləri səfirliklərin tabeliyində fəaliyyət göstərəcək və hüquqi statusa malik olacaqlar.

Milli Assambleyasında qeyd olunan sənədin müzakirəsi zamanı məruzəçilər qismində deputat Tyerri Mariani, deputat, Azərbaycanın Fransadakı dostları Assosiasiyasının sədri Jan Fransua Mansel və Milli Assambleyada Fransa-Azərbaycan Dostluq Qrupunun sədri Mişel Vuazen çıxış ediblər.

Deputatlar çıxışlarında Azərbaycanın mədəniyyəti və tarixi, ölkənin öz müstəqilliyinin qorunması və möhkəmləndirməsi istiqamətində tutduğu kursu, dərin tolerantlıq adətləri, dünyəviliyin və multikulturalizmin üstünlük təşkil etdiyi cəmiyyət, Fransa-Azərbaycan əməkdaşlığının müxtəlif sahələrdə daha da genişləndirilməsinin vacibliyi, Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində vasitəçi rolu barədə danışaraq qeyd olunan müqavilənin ikitərəfli mədəni əlaqələrin möhkəmləndirilməsində vacib olduğunu vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə