“Azadlıq” meydanında anti-Rusiya yürüşü keçiriləcək

“Azadlıq” meydanında anti-Rusiya yürüşü keçiriləcək

Yanvarın 26-da saat 18:30-dan başlayaraq, İrəvanın bir neçə küçəsindən başlayaraq, "Azadlıq" meydanına qədər kütləvi yürüş keçiriləcək. SİA "armtoday.info"ya istinadən xəbər verir ki, kütləvi yürüşün əsas məqsədi Gümrüdə baş verən qətl olayından sonra Rusiya tərəfinin qatili Ermənistana təhvil verməməsi ilə bağlıdır.

Etiraz yürüşü təşkilatçılarının bəyanatlarında isə bildirilir ki, onlar həm Ermənistan rəhbərliyi, həm də Rusiya tərəfindən Avetisyanlar ailəsinin 7 nəfər üzvünü qətlə yetirmiş Premyakovun erməni məhkəməsinə təhvil verilməsini tələb edəcəklər.

Bəyanatda həmçinin qeyd edilib ki, Rusiya hərbi bazasının Ermənistanda yerləşməsi üzrə əldə edilmiş razılaşmanın 4-cü bəndinə görə, qatil Ermənistanın hüquq-mühafizə orqanlarına verilməlidir. "Bizim tələbimiz ədalətlidir" -deyə, bəyanatda vurğulanıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə