Erməni baş prokuror deputatlar qarşısında aciz qaldı

Erməni baş prokuror deputatlar qarşısında aciz qaldı

"Bugünkü parlament iclasında Gümrüdə baş verən qətllə bağlı aydın olub ki, ölkənin baş prokuroru Gevork Kostanyan açıq dinləmələrdə iştirak etməyə və deputatların verəcəkləri sualları cavablandırmaq üçün cavabının olmadığını deməyə razıdır". SİA xəbər verir ki, bu barədə "armtodey.info" saytı yazır.

Saytın xəbərində qeyd olunur ki, erməni parlamentarilərinin irad və cəhdlərinə baxmayaraq, Ermənistanın baş prokuroru ictimai rəyi maraqlandıran məsələ ətrafında heç bir dəqiq fikir söyləməyib. Belə ki, "Orinats Yerkir" fraksiyasından olan deputat Ovanessa Marqaryanı bir neçə sual maraqlandırıb. Erməni deputat hadisə baş verdikdən sonra, yəni Premyakov hərbi bazanın ərazisini özbaşına tərk etdikdən sonra hüquq mühafizə orqanlarının hadisə barədə hansı saatda məlumat aldıqlarını soruşub. Belə ki, daha bir informasiyaya görə, Ermənistanın hüquq mühafizə orqanlarının əməkdaşları zamanında hadisə barədə məlumat alsalar da buna əhəmiyyət verməyiblər. Eyni zamanda deputatı daha bir sual maraqlandırıb. O sual edib ki, Valeri Premyakov hansı saatda və hansı hüquq mühafizə orqanının əməkdaşı tərəfindən yaxalanıb? Çünki Rusiya əsgərinin erməni hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulması, lakin onun sonradan Rusiyanın hərbi bazasının müvafiq strukturuna verilməsi də iddialar arasındadır. Lakin Marqaryan Gevork Kostanyana daha bir sual ünvanlayıb. O soruşub ki, rusiyalı hərbçi qətlə yetirilmiş Avetisyanlar ailəsi ilə əvvəlcədən tanış olubmu? Çünki deputat qeyd edib ki, Avetisyanlar ailəsinin evləri elə bir yerdə yerləşir ki, həmin evi tapmaq çətindir. Ona görə də bu tipli sual meydana çıxır.

Lakin Ermənistanın baş prokuroru sualları nəninki cavablandıra bilməyib, o cümlədən, həmin suallar qarşısında aciz qalıb. Prokuror sadəcə deyib ki, Premyakovun işi ilə bağlı Rusiya tərəfi ilə birgə şəkildə iş aparılır. O, digər suallardan yayınmaqdan ötrü deyib ki, hazırda "istintaq sirri" olduğuna görə, həmin sualları cavablandıra bilməyəcək. Beləliklə, Erməni deputatlarının sualları yenə də cavabsız qalıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə