Qabil Hüseynli: “Rusiya öz vətəndaşı olan Dilqəm Əsgərovu girovluqdan azad etdirəcək” PROQNOZ
"Rusiyanın xarici işlər naziri Sergey Lavrov ikinci dəfədir ki, girovlar haqqında danışır. Çünki Dilqəm Əsgərov Rusiya vətəndaşıdır və onun azad edilməsi üçün Ermənistanla danışıqlar aparılır". Bu fikirləri SİA-ya politoloq Qabil Hüseynli Sergey Lavrovun azərbaycanlı girovlarla bağlı verdiyi bəyanatına münasibət bildirərkən deyib.
"Azərbaycan ərazisində Azərbaycan vətəndaşlarının sərbəst hərəkətinə ölkə qanunlarında nəzərdə tutulmuş xüsusi hallar istisna olmaqla, heç kim tərəfindən məhdudiyyət və ya qadağa qoyula bilməz" -deyə, qeyd edən politoloq həmçinin bildirib ki, Azərbaycan tərəfindən Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi üçün aparılan iş davam etdirilir: "Bütün bunlar onu göstərir ki, Azərbaycan siyasi rəhbərliyi, xüsusilə də ölkə Prezidenti cənab İlham Əliyev Rusiya ilə bu istiqamətdə daima əlaqələr saxlayır və onlardan Ermənistana təzyiq etməsini tələb edir. Doğrudur, separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi" Dilqəm Əsgərovun ömürlük azadlıqdan məhrum edilməsi barədə "hökm" çıxarıb. Lakin bu hökm heç bir qanun çərçivəsinə sığmır. Çünki Rusiya da yaxşı bilir ki, bu qanun qondarma qanundur. Eyni zamanda, Ermənistan da yaxşı bilir ki, Rusiyanın forpostudur. Sergey Lavrovun keçirilən brifinqdə ermənilərin hadisənin siyasiləşdirilməsi cəhdlərinin olduğunu vurğulaması, çox insanların bu faciədən geosiyasi məqsədlər üçün istifadə etməyə cəhd göstərməsini qəbuledilməz sayması da bunu təsdiqləyən faktordur. Məhz bu baxımdan da, bütün bunlar onu göstərir ki, Rusiyanın Xarici İşlər Nazirliyi Dilqəm Əsgərovun azad olunması ilə bağlı mübarizə aparır və bu məqsədlə də Ermənistanla danışıqlar gedir. İnadla demək olar ki, Rusiya onu girovluqdan azad etdirəcək".
Rəfiqə Hüseynova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB