Ermənistanın "İrs" partiyasının deputatı Zarui Bostancyan Rusiya prezidenti Vladimir Putinə və RF-nın baş prokuroru Yuri Çaykaya tələb məktubu göndərib. SİA xəbər verir ki, bu barədə "armtoday.info" saytı yazır. Sözügedəm tələb məktubunda ittiham xarakterli ifadələr qeyd edən erməni deputatı yazıb ki, nəhayət Siz (V.Putin – red.) kifayət qədər gecikməklə, Rusiyanın birinci şəxsi qismində telefon vasitəsilə Gümrüdə həlak olanların yaxınlarına və erməni xalqına baş sağlığı verdiniz: "Ermənistan vətəndaşları Rusiyada və Ermənistanda baş verən çətin siyasi-iqtisadi vəziyyəti yaxşı başa düşür. Lakin həmin vəziyyət Sizin uzunmüddətli susqunluğunuza və Ermənistanın suverenliyinə qarşı qeyri-düzgün hərəkətlərinizə heç bir bəraət qazandırmır".
Zarui Bostancyan məktubunda Putinə xatırladıb ki, Ermənistan Rusiya Fderasiyası üçün yeganə yerdir ki, SSRİ dağıldıqdan sonra bu ölkədə birgə sərhəd mühafizəsi və hərbi bazaların mövcudluğu qorunaraq-saxlanılıb: "1992ci ildə Rusiya ilə Ermənistan arasındakı razılaşmaya əsasən, RF sərhədçilərinin Ermənistandakı sərhədlərin birgə mühafizəsi statusu müəyyənləşdirildi. Həmin vaxt Ermənistan Rusiyanın tərəfdaşı kimi rusiyalı sərhədçilərin Türkiyə və İranla olan sərhədlərdə mühafizə aparmasına şərait yaratdı".
Erməni deputat Putinə yazdığı məktubunda bu yaxınlarda RF bazalarının Ermənistanda qalması barədə gəlinən 49 illik razılaşmanı da xatırladaraq, yazıb ki, həmin bazaların saxlanmasındakı bütün xərcləri Ermənistan trəfi ödəyir.
Bostancyan yuxarıda qeyd edilən razılaşmaların Rusiya üçün nəhəng, eyni zamanda əvəzolunmaz imkan olduğunu bildirib və əlavə edib ki, Ermənistan vətəndaşları son zamanlar Rusiya tərəfinin qeyri-rasional davranışlarından xəbərdardırlar.
O, daha sonra Gümrüdəki qətl hadisənini qabardaraq yazıb ki, V.Putinin gecikmiş başsağlığı diləyi heç bir yaranı sağaltmır: "Sizin gecikmiş başsağlığınız bizim ağrımıza təsir etmədi və dərdimizə dərman olmadı".
Zarui Bostancyan qatilin erməni tərəfinə verilməməsini Rusiyanın Ermənistanın konstitusiyasını pozması kimi qiymətləndirib. Məktubunun sonunda isə erməni deputatı Premyakovun dərhal Ermənistanın hüquq-mühafizə ortqanlarına təhvil verilməsi tələbini irəli sürüb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB