"Rusiya Gümrü hadisələrini dayandıra bilib". Bunu SİA-ya Siyasi innovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib.
M. Əhmədoğlu deyib: "Ermənistan prezidentini Serj Sarkisyanla Rusiya prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı ilə bağlı Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatdan aydın olur ki, Ermənistan Rusiyanın təkbaşına Gümrüdəki insidenti təhqiq etməsi ilə razılaşmayacaq. Yəni, özü bu məsələ ilə bağlı araşdırma aparacaq. Hətta mümkündür ki, Ermənistan Qərbdəki müəyyən strukturları da bu prosesə cəlb etsin. Bütün hallarda baş verənlər Ermənistan rəhbərliyinin özünün təşkil etdiyi işdir. Məlumdur ki, rus əsgəri öldürdüyü ailəni tanıyırmış. İndi üzə çıxır ki, onlar arasında əlaqələr olub. Eyni zamanda rus əsgəri sektantdır. Hesab edirəm ki, hadisələrin inkişafı Gümrü bazasının Ermənistandan çıxarılması istiqamətinə yönələcək".
Politoloq qeyd edib ki, sabahı keçiriləcək müxalifətin müzakirələrindən çox şey bəlli olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB