Novruz Məmmədov: "Biz qərəzli, ədalətə uyğun olmayan yanaşmalar görürük" MÜNASİBƏT
"Biz 23 illik müstəqilliyimiz illərində öz siyasi kursumuzu seçmişik və ona sadiqik". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə ABŞ-ın demokratiya, insan hüquqları pərdəsi altında müxtəlif ölkələrə qarşı həyata keçirdiyi təzyiq siyasətinə münasibət bildirərkən deyib.
PA rəhbərinin müavinin sözlərinə görə, dünyada indi yaranan gərginliyin əsas səbəbi Azərbaycan deyil, bunu hər kəs görür və bilir. Hesab edirəm ki, bu təhlükəli proseslərdən kənar olmaq lazımdır. Bu nöqteyi-nəzərdən Azərbaycan bütün vektorlarla əməkdaşlığını qurub və davam etdirir. Bz bütün dövlətlərin maraqlarını qorumağa çalışırıq ki, onlar da bunu etsinlər. Təəssüf ki, biz qərəzli, ədalətə uyğun olmayan yanaşmalar görürük".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB