Bəxtiyar Sadıqov: “Ermənilər öz siyasətçilərinin əlində məhv olacaqlar”
"Həm avqust, həm də noyabr ayında ermənilərin təmas xəttindəki təxribatlarına Azərbaycan çox güclü cavab verdi. Bu isə Ermənistanda çox böyük vahimə yaradıb". Bunu SİA-ya "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov təmas xəttində ermənilərin atəşkəs rejimini intensiv pozmasından danışarkən deyib.
Millət vəkilinin sözlərinə görə, bütün faktlar ermənilərin kütləvi şəkildə köçüb getdiyini göstərir: "İndi ermənilər avqust və noyabr aylarında başlarına gələn hadisələrin qisasını dinc sakinlərimizi hədəfə almaqla çıxmağa çalışırlar. Bununla yanaşı ermənilər Ermənistan ordusuna inamlarını itirdiklərinə görə həmin ərazilərdən köçüb gedirlər. Atəşkəsin intensiv şəkildə pozulması da daxili auditoriyaya hesablanıb. Onlar yerli əhalini inandırmağa çalışırlar ki, onlar bizi atəş altında saxlayır. Bunların hamısı ermənilərin, onlara havadarlıq edənlərin oyunlarıdır. Çünki, onlar hər zaman həm danışıqlar prosesində, həm də təmas xəttində belə imitasiya ilə məşğul olurlar".
"Amma Ermənistanın xilası gözlənilmir. Çünki, düşmən ölkə həmişə Rusiyadan çox böyük dəstək alır. Bu gün Rusiyada da elə vəziyyət yaranıb ki, bu dövlət artıq Ermənistana istədiyi köməkliyi göstərə bilməyəcək. Hələ qarlı qış öndədir. Get-gedə iqtisadi vəziyyəti daha da ağırlaşacaq. Ermənistan belə ordu və əhali ilə heç nə edə bilməyəcək. Eyni zamanda Ermənistanda hərbə çağırışda ciddi problemlər var və silahlı qüvvələrini formalaşdıra bilmir. Ermənistan nə qədər tez siyasətini dəyişsə, torpaqlarımızı azad etsə, erməni xalqı üçün yaxşı olacaq. Əgər bunu etməsələr, ermənilər öz siyasətçilərinin əlində məhv olacaqlar" - deyə, B. Sadıqov deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB