"Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Tarif Şurasının bu gün keçirilən növbədənkənar iclasında "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" Şuranın 12 yanvar 2015-ci il tarixli 1 nömrəli qərarının ləğv edilməsini çox yüksək qiymətləndirirəm". Bunu SİA-ya millət vəkili Məlahət İbrahimqızı deyib.
Millət vəkili qeyd edib ki, benzin və dizelin qiymətinin qalxmasında sonra cəmiyyətdə ajiotaj yaranmışdı: "Bu ajiotajdan bəziləri sui istifadə etməyə çalışırdı. Hətta bu ajiotajı bir qədər də dərinləşdirməyə çalışırdılar. Amma, ölkə başçısı belə məsələlərə o qədər həssasdır ki, həmən tapşırıq verərək bu ajiotaja son verdi".
M. İbrahimqızı vurğulayıb ki, bu qərar Prezidentimizin xalqın sosial məsələlərinə olan yüksək qiymətidir.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbədənkənar iclasında Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" 12 yanvar 2015-ci il tarixli 1 nömrəli Qərarı ləğv edilib. Ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkət daxili tariflərin azaldılması hesabına tətbiq edilməklə, əvvəl olduğu kimi "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib. Həmçinin, maye qazın topdansatış qiyməti 1 ton üçün 300 manatdan 263,6 manata endirilib və yol vergisi ilə birlikdə topdansatış qiyməti 1 ton üçün 300 manat müəyyənləşdirilib.
Xatırladaq ki, Qərar 15 yanvar 2015-ci il tarixindən qüvvəyə minəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB