Mübariz Əhmədoğlu: “Azərbaycan işğalçı ölkəyə çox ciddi zərbələr vurub” AÇIQLAMA

Mübariz Əhmədoğlu: “Azərbaycan işğalçı ölkəyə çox ciddi zərbələr vurub” AÇIQLAMA

"Hal-hazırda İraqda demək olar ki, erməni qalmayıb. Bir sözlə orada olan erməni icması belə dağılıb". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu ermənilərin qondarma "erməni soyqırımı"nın 100-cü ildönümünə hazırlaşmalarına və bununla bağlı İraq qəzetində dərc olunan silsilə yazılara münasibət bildirərkən deyib.

Mərkəz rəhbərinin sözlərinə görə, vaxtilə İraqda erməni icması olanda belə İraqdakı ermənilər ümumilli məsələlərə o qədər də ciddi qoşulmayıblar: "İraqdakı ermənilər əsasən ABŞ-ın maraqlarına xidmət edirdilər. Sadəcə olaraq İraqın ərazisində cüzi şəkildə, əsasən PKK-ya bağlı olan (ermənilər, yezidi kürdləri qrupu) adamlar qalıb. Ermənistan Xarici İşlər Nazirliyi İraqda dərc olunan qəzetlərə təlimatlar verir onlar isə yazıların üzünü köçürərək (copy past) qəzeti dərc edirlər. Ona görə də burada məsuliyyət İraqdakı ermənilərin üzərində deyil. Hesab edirəm ki, burada əsas məsuliyyət Ermənistan Xarici İşlər Nazirliyinin üzərindədir. Onların isə nə abırı, nə də həyası var.

Dünyanın iri dövlətlərinə gəlincə deyə bilərəm ki, Azərbaycan qısa müddət ərzində qondarma "erməni soyqırımı" mövzusunda işğalçı ölkəyə çox ciddi zərbələr vurub. Bu gün Vatikan Ermənistana qarşı onların istədiyi səviyyədə münasibət göstərmir. Hətta mən deyərdim ki, Azərbaycan Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva erməni soyıqırımın dünyada tanıtdırılması istiqmətində keyfiyyət dəyişikliyi yarada biliblər. Düşünürəm ki, bu istiqamətdə də işlər davam etdirilir. Ötən il Prezident İlham Əliyev Çexiyada Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının 5 illiyi tədbiri keçiriləndə Ermənistan prezidentini fakt qarşısında aciz duruma düşürdü. Belə ki, Sarkisyan orada Türkiyənin ünvanına sərt sözlər deyərkən dövlət başçımız onun çıxışını kəsərək "Türkiyə burda yoxdur, mən burdayam!" dedi".

M.Əhmədoğlu bildirib ki, ermənilər getdikcə ümumi parametrlər üzrə zəifləyən tərəfdir: "Bu gün Türkiyənin ABŞ, Fransa, Rusiya və ümumilikdə Avropa qarşısında nüfuzu artır. Təkcə Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri bütün Avropanın rəsmi Ankaraya qarşı konsepsiyasının dəyişməsi ilə nəticələndi".

Bütün xəbərlər Facebook səhifəmizdə