Polis rəisi təqaüdə göndərildi

Polis rəisi təqaüdə göndərildi

Bakının Sabunçu Rayon Polis İdarəsinin rəisi təqaüdə göndərilib. SİA-nın xəbərinə görə, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrə əsasən Bakının Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavanşir Babayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Hələlik Sabunçu RPİ-nin rəisi vəzifəsini müvəqqəti olaraq idarə rəisinin müavini icra edir.

Bütün xəbərlər Facebook səhifəmizdə