Müxalifətin yedəyi rolunda çıxış edən bəzi siyasiləşmiş QHT-lər ifşa olunduqları halda daha da radikallaşırlar. Qondarma "hüquq müdafiəçisi" Leyla Yunusu bu qəbildən olan xarici təmsilçilərdən biri kimi göstərmək olar. Eləcə də, "Azadlıq" radiosunun jurnalisti Xədicə İsmayıl da maraqlı qüvvələrin təmsilçilərindəndir. Bu baxımdan onların hər ikisinin həbs olunmalarından dərhal sonra xarici qüvvələr hay-küy qaldırmağa başlayıblar. Bu günlər "Azadlıq" radiosunun keçmiş prezidenti Ceffi Qodmin bəyan edib ki, Xədicə İsmayılın ifşa olunmasına görə, ABŞ Mərkəzi Kəşfiyyat idarəsi günahkardır. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov SİA-ya açıqlamasında bildirdi ki, X.İsmayılın ifşa olunaraq həbs olunması, həm də Mərkəzi Kəşfiyyat idarəsinin ifşası deməkdir: "Artıq bəlli olur ki, X. İsmayıldan MKİ agent kimi istifadə edib. Amma agent ifşa olundu".
T.Novruzov X,İsmayıl kimilərdən dağıdıcı müxalifətdə istifadə edir: "Bu gün Azərbaycanda özünü müxalifət adlandıran AXCP, Müsavat kimi dağıdıcı qüvvələrin heç bir sosial bazası yoxdur. Demək olar ki, müxalifət partiyaları müxtəlif adlar altında, o cümlədən QHT-lər vasitəsi ilə xaricdən maliyyə yardımları alırlar. Aldıqları maliyə yardımı müqabilində pozuculuq aktları həyata keçirməyə cəhdlər göstərirlər. Amma cəhdlər uğursuzluğa düçar olur. Bu günə qədər müxalifət düşərgəsini təmsil edən şəxslərin ölkəmizlə bağlı olan xoşagəlməz planlarının heç biri həyata keçməyib və bundan sonra da keçən deyil: "Ümumiyyətlə, müxalifət təmsilçiləri pul xatirinə hər şeyi edər. Çünki onlar pulu hər şeydən üstün tuturlar. Ümumiyyətlə, bu gün müxalifət partiya rəhbərlərinin əsas fəaliyyətləri özlərini reklam etməkdir. Çünki müxalifətçilər bir müddət gündəmdə qalmaq üçün məhz bu cür yersiz hərəkətlərə əl atırlar".
T.Novruzov onu da bildirdi ki, müxalifətin müxtəlif adlar altında bloklar və qurumlar yaratmasıda onların üzləşdikləri böhrandan çıxış yolu olmayacaq: "Müxalifət partiya rəhbərləri tərəfindən yaradılan blok və qurumların tez bir zamanda dağılması birbaşa müxalifətin zəifliyindən və gücsüzlüyündən xəbər verir. Əgər müxalifət partiyaları güclü olsaydılar, öz partiyalarının adı altında çox güclü fəaliyyət göstərə bilərdilər. Bunun da səbəbi müxalifətçilər arasında hər hansı birliyin olmaması ilə bağlıdır".
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB