Azərbaycan Respublikasının Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun əmri ilə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının qanunlarına əsasən qulluqda fərqləndiyinə və səmərəli fəaliyyətinə görə Penitensiar xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsinin əməliyyat şöbəsinin rəisi, ədliyyə mayoru Məmmədov Anar Xanlar oğlu qiymətli hədiyyə - qol saatı ilə mükafatlandırlıb. SİA-nın məlumatına görə, bu gün Azərbaycanın Milli Qəhrəmanı, Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədlliyyə general-leytenantı Mədət Quliyev tərəfindən həmin mükafat Anar Məmmədova təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB